Sentyabrın 2-də Zəngilan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, rayonun Ağbənd qəsəbəsində "Shagman" körpüyə çırpılıb.
Qəza nəticəsində 24 yaşlı sürücü Elmi Adsalamov hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirilib ki, hazırda faktla bağlı Zəngilan Rayon Polis Şöbəsində araşdırma aparılır.