Surovikin Priqojinin ölümündən bir neçə gün sonra azadlığa buraxılıb

11:13 - 5 Sentyabr 2023 - DÜNYA

"Vaqner" qiyamından sonra saxlanılan general Sergey Surovikin Yevgeni Priqojinin ölümündən bir neçə gün sonra azadlığa buraxılıb

Ucnoqta.az xəbər verir ki, bu barədə "The New York Times" ABŞ rəsmiləri və Rusiya Müdafiə Nazirliyinə yaxın şəxslər arasında olan mənbələrə istinadən yazır.

Nəşrin mənbəsinin sözlərinə görə, general hələ də rütbəsini saxlayır və formal olaraq orduda xidmət edir, lakin onun “artıq karyera perspektivi yoxdur”.

Xəbər xətti