Həftə sonu Tayvanın cənubunda təsirli olan və dörd ildə quruya vuran ilk qasırğa olaraq qeydə alınan Haikui qasırğası 100-dən çox insanın xəsarət almasına və ən azı 250.000 evi işıqsız qoymasına səbəb olub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, tədricən təsirini itirən qasırğanıb Çinə doğru irəlilədiyi bildirilir.
Tayvan Meteorologiya Müdirliyi, ən böyük tayfunlardan biri olan Haikui qasırğanın son günlərdə etdiyi xəbərdarlıqla ölkənin şərq və cənub bölgələrində, xüsusilə Hualian və Taitung şəhərlərində təsirli olacağını açıqlayıb. Qasırğa ölkəyə böyük ziyan vurub.
260 min ev işıqsız qalıb
4 ildən sonra ölkəyə düşən ilk tayfun olan “Haikui” tayfunu səbəbindən 2 gündə 116 nəfər xəsarət alıb, xüsusilə dağlıq ərazilərdə çoxlu sürüşmə baş verib. Cənub-şərq bölgəsində leysan yağışlar səbəbindən ümumilikdə 7 min insan təxliyə edilərkən, 260 min ev işıqsız qalıb.
Səlahiyyətlilər yaxın saatlarda əraziyə elektrik enerjisinin veriləcəyini açıqlayıb. Tayfunun şiddətinin ən çox hiss olunduğu gündə cənub, şərq və daxili hissələrdəki şəhərlərdə bir günlük tətil elan edilib, bərə səfərləri dayandırılıb. Tayvan Mülki Aviasiya Təşkilatından verilən açıqlamada 208 daxili, 23 beynəlxalq reysin gecikdiyi qeyd edilib.
Bu gündən etibarən təsirini itirən “Haikui” tayfunu Çinə doğru irəliləyir. Qasırğanın sabah səhər saatlarında Çinin Quandun və Fujian əyalətləri arasında yerləşən Şantou şəhərinə çatacağı gözlənilir.