Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşü Soçidə dar tərkibdə işgüzar naharda davam etdirib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bundan əvvəl liderlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıb, danışıqlar təxminən 1,5 saat davam edib.
Beləliklə, hazırda dövlət başçılarının kommunikasiyası davam edir. Daha sonra liderlərin mümkün mətbuat konfransı gözlənilir.