Putin və Ərdoğan arasında geniş tərkibdə danışıqlar 1,5 saat davam edib

15:59 - 4 Sentyabr 2023 - DÜNYA

Rusiya və Türkiyə prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə apardıqları Rusiya-Türkiyə danışıqları 1,5 saat davam edib.

Ucnoqta.az xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri iki ölkənin müdafiə nazirləri, xarici işlər nazirləri və digər əsas nazirlərlə birlikdə Moskva vaxtı ilə saat 13:14-də işə başlayıb.

Tərəflər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, taxıl müqaviləsinin bərpası mövzusunu da müzakirə edirlər. Putin danışıqları açarkən Ərdoğana "mən bilirəm ki, siz taxıl müqaviləsi ilə bağlı suallar qaldırmaq niyyətindəsiniz. Biz bu məsələ ilə bağlı danışıqlara açığıq".

Xəbər xətti