Gürcüstan hakimiyyəti Telavi şəhərində yeni hava limanı tikmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
Baş nazir bildirib ki, Telavidə tarixən aerodrom olub və bu yerdə müasir infrastruktur, yeni hava limanı qurmaq, yeni Telavi hava limanı yaratmaq istəyirik. Hava limanının 2024-cü ilin may-iyun aylarında ilk sərnişini qəbul edəcəyi planlaşdırılır.