İsrail təhlükəsizlik qüvvələri bazar ertəsi İordan çayının qərb sahilinin Cenin şəhərində antiterror əməliyyatı nəticəsində Fələstinin radikal HƏMAS təşkilatının üç silahlısını saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həbslər hərbi kəşfiyyat və Baş Təhlükəsizlik Xidmətindən (ŞABAK) alınan əməliyyat məlumatı əsasında Cenin qaçqın düşərgəsində İsrail Müdafiə Qüvvələri və İsrail sərhəd polisi tərəfindən birgə həyata keçirilib.
Mətbuat xidmətində qeyd edildiyi kimi, həbs edilən üç nəfərdən biri HƏMAS-ın strukturunda mühüm mövqe tutur. Bildirib ki, hər üç məhbus “bu yaxınlarda ciddi terror fəaliyyətlərində iştirak ediblər”. "