Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 qırıcı təyyarəsinin bir parçası uçuş zamanı yerə düşüb və Ankarada açıq dayanacaqa düşüb
Ucnoqta.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
"Ankara üzərində səmada uçuş zamanı ölkəmizin Hərbi Hava Qüvvələri komandanlığının F-4 qırıcısının bir hissəsi naməlum səbəbdən neft-qaz şirkəti TPAO-ya məxsus açıq dayanacaqa düşüb. Təyyarə sağ-salamat Eskişehirə eniş edib. Ölən və ya xəsarət alan yoxdur”, - deyə məlumatda bildirilir.