Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan danışıqlara başlayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, görüş Soçi Rusiya sanatoriyasının İmperator binasının Yaşıl zalında keçirilir.
Müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə başlanacağı, daha sonra dövlət başçılarının nahar formatında keçiriləcək dar tərkibdə danışıqları davam etdirəcəyi planlaşdırılır.