Boliviya və Suriya diplomatik əlaqələr qurmaq barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bunu Ərəb Respublikasının xarici işlər naziri Feysəl Mikdad deyib.
“Bir neçə gün əvvəl Boliviya Suriya ilə diplomatik əlaqələr qurmaq üçün sorğu göndərib. Bəşər Əsəd cavab olaraq diplomatik əlaqələr qurmaq üçün razılığını Boliviyadakı dostlarımıza xəbərdar etməyimizi tapşırdı” - o, deyib .
Boliviya tərəfi hələlik bu məlumatı şərh etməyib.