Nigerdə hakimiyyətə gələn üsyançılar milli hava məkanında mülki və kommersiya uçuşlarının bərpasına icazə veriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ActuNiger internet portalı məlumat yayıb.
Bildirilir ki, bu qərar hərbi təyyarələrə və digər xüsusi təyinatlı təyyarələrə şamil edilmir.
Avqustun 6-da Niger səması bağlanıb, bundan sonra BMT-nin Respublikadakı rezident əlaqələndiricisi Luiza Aubin humanitar yardımların çatdırılmasında problemlər barədə məlumat verib.