Myanmanın Tailandla sərhəddə yerləşən Myavaddi şəhərində hökumət binasında baş verən partlayış nəticəsində azı 5 məmur və təhlükəsizlik işçisi ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində daha 11 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
İlk iki partlayış polis şöbəsi və inzibati binanın yerləşdiyi binada baş verib, lakin heç kim xəsarət almayıb. Daha sonra daha iki partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər - bir əsgər, iki polis və administrasiyadan iki dövlət qulluqçusu həlak olub. Bəzilərinin vəziyyəti ağırdır.