Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov istefa məktubunu Ali Radaya təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, Facebook səhifəsində paylaşım edib.
Reznikov sosial şəbəkədə müvafiq bəyanatın fotosunu dərc edib.
“Ukrayna prezidenti Volodimir Zelenskinin qərarını yerinə yetirmək üçün Ukrayna Ali Radasına istefa məktubu təqdim etdim" - o, yazıb.