İranın Semnan əyalətində mədənin çökməsi nəticəsində dağıntılar altında qalan ən azı altı şaxtaçının cəsədini çıxarılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə əyalət qubernatoruna istinadən Tasnim agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hadisə 700 m dərinlikdə qazın partlaması nəticəsində baş verib. Mədən sentyabrın 3-ü axşam saatlarında çöküb.
Daha əvvəl qeyd edilirdi ki, Semnanda mədəndə baş verən insident nəticəsində azı 6 nəfər dağıntılar altında qalıb.