Paşinyan KTMT-ni tənqid etdi

23:02 - 2 Sentyabr 2023 - DÜNYA

"Payızda İrəvanda keçirilən sammit zamanı biz bir sıra sənədləri ratifikasiya etmədik və onlara qoşulmadıq".

Ucnoqta.az xəbər verir ki, bu Ermənistan baş naziri Nikol Paşinyan “La Republica”ya müsahibəsində deyib.

"KTMT-nin funksionallığı və müqavilə qabiliyyəti ilə bağlı təsvir etdiyiniz vəziyyət böhrandan xəbər verir. Düşünmürəm ki, bu, təkcə Ermənistanın problemidir, bu, bütövlükdə KTMT-nin problemidir. İzahlar fərqli ola bilər, amma ən azından bizim nöqteyi-nəzərimizdən onlar vacib deyil. Düşünürəm ki, Ermənistan cəmiyyəti KTMT-nin işindən dərin məyusluq yaşayıb və yaşamaqda davam edir".

Xəbər xətti