Malatyada axşam saatlarında səmada görünən işıq şüası kameralara əks olunub.
Ucnoqta.az xəbər verir ki, ətraf əyalətlərdə də görünən və meteorit sayılan işıq şüası çox sayda vətəndaş tərəfindən müşahidə edilərək həyəcana səbəb olub. Obyektin meteor olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Obyekti adi gözlə müşahidə etdiklərini bildirən sakinlər qorxduqlarını bildirib.
Digər tərəfdən sözügedən hadisənin görüntülərində işıq şüası səbəbindən gecənin az qala gündüzə çevrildiyi görülüb.