Almaniya Slovakiyanın hava məkanını qorumağa başladı

20:15 - 2 Sentyabr 2023 - DÜNYA

Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri sentyabrın 2-də bu respublikanın hava məkanını qorumaq üçün Slovakiyaya yardım göstərməyə başlayıb.

Bu barədə Ucnoqta.az DPA agentliyinə istinadən xəbər verir.

Mənbə dəqiqləşdirir ki, dekabrın 22-dək iki "Eurofighter" qırıcısı NATO-nun bu ölkəsinin hava məkanında naməlum və ya düşmən təyyarələrini tutmağa hazır vəziyyətdə olacaq. Bundan əlavə, Slovakiya səmasında təlim uçuşları həyata keçiriləcək.

Xəbər xətti