Cənubi Koreyada ictimai hamamda partlayış olub

14:53 - 1 Sentyabr 2023 - DÜNYA

Cənubi Koreyanın Busan şəhərində ictimai hamamda partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap Xəbər Agentliyi yerli polisə istinadən yazıb.

Yanğın şəhərin cənub-şərqində baş verib, bundan sonra otaqda güclü partlayış səsi eşidilib.

Hadisə baş verən zaman həmin gün iş olmadığından müəssisədə heç kim olmayıb. Partlayışdan 21 nəfər zərər çəkib. 

Hadisənin dəqiq səbəbləri polis və xilasedicilər tərəfindən araşdırılır. İlkin məlumata görə, partlayış binanın zirzəmisində yerləşən qazanxanada baş verib. 

Xəbər xətti