Rusiya prezidenti Vladimir Putin sentyabrın 4-də Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Həqiqətən də danışıqlar bazar ertəsi keçiriləcək, Soçidə keçiriləcək, günün ortası olacaq", - Kreml sözçüsü bildirib.
Bu, iki lider arasında taxıl müqaviləsi başa çatdıqdan sonra ilk görüşdür.