Brest qalasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Döyüş Qardaşlığı-2023” təlimlərinin açılış mərasimi keçirilir.
Ucnoqta.az xəbər verir ki, ümumilikdə “Döyüş Qardaşlığı” təlimlərinə 3500-dən çox hərbçi, 700-ə qədər silah və texnika cəlb olunacaq. O cümlədən Belarusda - KTMT ölkələrindən iki min yarıma qədər hərbi və 500 ədəd texnika və silah da daxildir.
Təlimlər sentyabrın 6-dək davam edəcək.