2023-cü ilin əvvəlindən Balinin immiqrasiya xidmətləri 59 rusiyalını deportasiya edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı The Bali Sun portalı məlumat yayıb.
Bildirilir ki, 2023-cü ilin yanvarından Balidən deportasiya edilən əcnəbilərin sayı 213 nəfər təşkil edib. Onlar 45 ölkədən, o cümlədən Rusiyadan 59, ABŞ-dan 14, Böyük Britaniyadan 13, Avstraliyadan 12 və Nigeriyadan 9 əcnəbi olub.
Portal 2023-cü ildə deportasiyaların sayının artımını əcnəbilərin əsasən gəlir gətirən biznes fəaliyyəti və ya işlə məşğul olmaq cəhdləri səbəbindən viza almaq şərtlərini pozması ilə əlaqələndirir.
Qeyd olunur ki, adanın mədəniyyətinə və dininə hörmətsizlik səbəbindən ölkədən bir sıra qovulanlar da var.