Çevriliş nəticəsində devrilən Niger prezidenti Məhəmməd Bazum ailə üzvləri ilə birlikdə malyariyaya yoluxub
Ucnoqta.az xəbər verir ki, bu barədə Afrika dövlətinin xarici işlər naziri Hassumi Məsud bildirib. O, qeyd edib ki, üsyançılar ölkə liderini hələ də evində həbsdə saxlayırlar.
“Onların elektrik enerjisi yoxdur. Yemək saxlamaq üçün soyuducu yoxdur və indi kifayət qədər istidir. Hazırda Nigerdə 40 dərəcədən yuxarıdır. Çoxlu ağcaqanad var və onlar yatmaqda çətinlik çəkirlər. Onların hamısı ağcaqanadlardan malyariyaya yoluxublar”, - Massoudou bildirib.
O əlavə edib ki, Nigerin devrilmiş prezidenti ağır vəziyyətdədir, lakin nikbinliyini itirmir.