Ukrayna PUA-ları Moskva və Kursk vilayətlərinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Lyubertsı yaxınlığında hava hücumundan müdafiə qüvvələri vilayət mərkəzinə doğru hərəkət edən PUA-nı vurub. İddialara görə, tələfat yoxdur və dağıntıların uçduğu yerdə artıq təcili yardım xidmətləri işləyir.
Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib ki, Kursk AES-in yerləşdiyi Kurçatov şəhəri Ukraynaya məxsus iki PUA-nın hücumuna məruz qalıb.
İnzibati binaya və yaşayış binasına ziyan dəyib.