Türkiyə aviaşirkəti təyyarələrinin göyərtəsində 16+ zona yaradıb

08:24 - 1 Sentyabr 2023 - DÜNYA

Türkiyə aviaşirkəti təyyarələrinin göyərtəsində 16+ zona yaradıb

Ucnoqta.az xəbər verir ki, Beynəlxalq uçuşlar üçün "Corendon" şirkəti 16 yaşdan yuxarı sərnişinlər üçün 12 sıra (təxminən 100 yer) təmin edib.

Bu qərar böyüklərə ağlayan uşaqların narahatlığından qaçmağa imkan verir, həmçinin uşaqlarla səyahət edən valideynlərin uşaqlarının digər sərnişinlərə mane ola biləcəyi ilə bağlı narahatlığını azaldır.

Bu ərazidə oturacaqlar 49 dollar əlavə ödənişlə əldə edilir. Bu xidmət noyabrın əvvəlindən istifadəyə veriləcək.

Xəbər xətti