Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin iddialı futbolçuların Səudiyyə Ərəbistanına getməyə can atmayacağına inanır.
Ucnoqta.az xəbər verir ki, UEFA prezidenti mətbuata açıqlamasında deyib.
“Bildiyim qədər, Mbappe və Haaland Səudiyyə Ərəbistanını arzulamırlar. Düşünmürəm ki, ən yaxşı oyunçular Səudiyyə Ərəbistanına gedəcək.
Ora gedənləri eşidəndə onların kimə oynayacağını heç kim bilmir. Bu, əsasən, Avropa futbol ictimaiyyətini deyil, mətbuatı maraqlandırır.
Görəcəyik, amma baş verənlərin yarışlarımızı təhdid edə biləcəyinə bir an belə inanmıram”, - Ceferin bildirib.