Sərnişin təyyarəsində uçuş zamanı mühərrik sıradan çıxıb

19:38 - 31 Avqust 2023 - DÜNYA

Hindistanın “IndiGo” aviaşirkətinin sərnişin layneri uçuş zamanı mühərriklərdən biri sıradan çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı yazır.

Məlumata görə, avqustun 29-da Kəlkütdən Banqalora uçan təyyarədə gözlənilməz vəziyyət yaranıb. Nəticədə pilotlar hava limanına qayıtmalı olublar.

Təyyarə təhlükəsiz yerə enib. Təyyarədə olan sərnişinlərdən heç biri xəsarət almayıb.

Xəbər xətti