Hindistanın “IndiGo” aviaşirkətinin sərnişin layneri uçuş zamanı mühərriklərdən biri sıradan çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı yazır.
Məlumata görə, avqustun 29-da Kəlkütdən Banqalora uçan təyyarədə gözlənilməz vəziyyət yaranıb. Nəticədə pilotlar hava limanına qayıtmalı olublar.
Təyyarə təhlükəsiz yerə enib. Təyyarədə olan sərnişinlərdən heç biri xəsarət almayıb.