Lavrov Fidanla Türkiyəyə 1 milyon ton Rusiya taxılının güzəştli tədarükünü müzakirə edib

19:12 - 31 Avqust 2023 - DÜNYA

Qətər tədarükün maliyyə təminatında iştirak etməyə hazırdır

Ucnoqta.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə 1 milyon ton rus taxılının Türkiyəyə güzəştli qiymətlə tədarükünü müzakirə etdiyini, Qətərin tədarükün maliyyə dəstəyində iştirak etməyə hazır olduğunu bildirib.

“Bundan başqa, biz Rusiya prezidentinin 1 milyon tona qədər Rusiya taxılının Türkiyə müəssisələrində sonradan emal olunmaq və dünyanın ən ehtiyacı olan ölkələrinə göndərilməsi üçün güzəştli qiymətlə Türkiyəyə çatdırılmasını təşkil etmək təşəbbüsünü müzakirə etdik”, - o, mətbuat konfransında deyib.

Xəbər xətti