Niger Fransa səfirini diplomatik toxunulmazlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Məlumata görə, yerli polisə fransalı diplomatın ölkədən çıxarılması üçün tədbirlər görmək tapşırılıb.
Bundan əvvəl Nigerdə çevriliş edən hərbçilərin sentyabrın 3-dək bütün fransız qoşunlarının ölkədən çıxarılmasını tələb etdiyi bildirilirdi.
“Vətənin Müdafiəsi üzrə Milli Şura”nın nümayəndəsi bildirib ki, fransız qoşunlarının Nigerdən çıxarılması üçün nəzərdə tutulmuş 30 günlük müddət sentyabrın 3-də başa çatır və fransız əsgərləri həmin tarixə qədər ölkəni tamamilə tərk etməlidirlər.