Roma Papası Fransisk apostol səfəri ilə ilk dəfə Monqolustana səfər edəcək.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Monqolustanda katolik icması iki mindən azdır. 2003-cü ildən paytaxt Ulan-Batorda Roma Katolik Kilsəsinin apostol prefekturası fəaliyyət göstərir. Ona ən gənc kardinal, missioner Giorgio Marenqo rəhbərlik edir.
Məlumata görə, Monqolustana səfər hazırkı pontifik üçün 43-cü xarici səfər olacaq.