Böyük Britaniyanın baş naziri Rişi Sunak avqustun 31-də Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin istefasını qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Sunak Uollesə ünvanladığı məktubda nazirin Britaniyaya şərəflə xidmət etdiyini, onun uzaqgörənliyi və aydınlığının krallıq və qitənin təhlükəsizliyi üçün əvəzolunmaz olduğunu yazıb.
“Siz başqalarından əvvəl Vladimir Putinin Ukraynadakı əsl niyyətlərinin nə olduğunu gördünüz. Rusların hücumundan əvvəl Kiyevi silahlandırmaq əzminiz ukraynalıların işğalın qarşısını almaq qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir etdi. Bu ölkənin Rusiyanın Ukraynaya təcavüzünə necə reaksiya verdiyi ilə fəxr edirəm”, - Sunak bildirib.