Haitidə polis idarəsinə hücum nəticəsində 4 nəfər ölüb

07:59 - 31 Avqust 2023 - DÜNYA

Haitidə silahlı dəstə üzvlərinin Port-o-Prins ətraflarında polis məntəqəsinə hücumu nəticəsində azı 4 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Telesur telekanalı məlumat yayıb.

Məlumata görə, silahlılar Carrefour-Fey bələdiyyəsində ərazinin binasını yandırıb və yaxınlıqdakı insanlara atəş açıblar. Yaralıların sayı barədə məlumat verilmir. Hadisəni törədən şəxslər qaçıb, polis onları axtarır.

Xəbər xətti