İranın xarici işlər naziri Dəməşqə gəlib

20:25 - 30 Avqust 2023 - DÜNYA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi səfərlə Dəməşqə gəlib

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. O, burada Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.

Səfərin məqsədi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər üzrə mövqelərin əlaqələndirilməsidir.

Avqustun 9-da Suriya prezidenti Bəşər Əsəd Rusiya və İranın dəstəyinin ölkənin böhrana tab gətirmə qabiliyyətinə mühüm təsir göstərdiyini bildirib.

Xəbər xətti