ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında rəsmi həbs prosedurlarından keçdikdən sonra prezident seçkiləri üçün 9,4 milyon dollardan çox ianə toplayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
Avqust ayı ərzində siyasətçi 20 milyon dollardan çox pul toplayıb.Trampın rəsmi həbsindən sonra onun şəkli olan köynəklər kimi suvenirlərin satışı bir neçə dəfə artaraq ona 1,7 milyon dollardan çox gəlir gətirib.
Toplanan pullar Trampın siyasi fəaliyyəti üçün nəzərdə tutulub və hüquqi xərclərin ödənilməsinə sərf edilməyəcək.