Türkiyə xarici işlər nazirinin Rusiyaya səfərinin tarixi məlum olub

14:07 - 30 Avqust 2023 - DÜNYA

Türkiyə xarici işlər nazirinin Rusiyaya səfərinin tarixi məlum olub

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Zaxarovanın sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan yüksək səviyyəli təmasların hazırlanması çərçivəsində avqustun 31-dən sentyabrın 1-dək Rusiyaya səfər edəcək.

Görüşün gündəliyinə ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri daxildir. Xüsusilə Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna, Suriya, Liviya və Zaqafqaziyadakı vəziyyəti müzakirə edəcəklər. Bundan əlavə, enerji sektorunda strateji layihələrin həyata keçirilməsindən danışacağıq. Həmçinin, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri yüksək səviyyədə ikitərəfli təmasların cədvəlini hazırlayacaqlar.

Xəbər xətti