Hindistanın Ay missiyası eniş aparatının fotosunu Yerə göndərib

13:06 - 30 Avqust 2023 - DÜNYA

"Çandrayan-3" missiyasının endiricisi tərəfindən Yer peykinə çatdırılan Hindistanın "Pragyan" Aysal roveri "Vikram" eniş aparatının fotoşəkillərini Yerə ötürüb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, foto Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) tərəfindən X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Görüntü Ayda gəzdiricidə quraşdırılmış kamera sayəsində əldə edilib. "Chandrayaan-3" missiyası üçün kameralar Hindistanın Elektro-Optik Sistemlər Laboratoriyası tərəfindən hazırlanıb.

Xəbər xətti