Almaniya ilin sonuna qədər 10 min Ukrayna əsgərinə təlim keçməyi planlaşdırır

12:14 - 30 Avqust 2023 - DÜNYA

2023-cü ilin sonuna qədər Almaniya Almaniyada 10 min ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyinin dövlət katibi Zimtye Möller Avropa İttifaqının 27 ölkəsinin müdafiə və xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündə bildirib.

O qeyd edib ki, Almaniya Ukraynanı dəstəkləməkdə davam etmək niyyətindədir.

"Biz bunu, məsələn, Almaniyada bir neçə min Ukrayna əsgərinə təlim keçməklə həyata keçiririk. Biz ilin sonuna kimi Ukraynanın müqavimət qabiliyyətini tam dəstəkləmək və gücləndirmək üçün 10 min əsgərə təlim keçməyi planlaşdırırıq", - Möller deyib.

Xəbər xətti