Avqustun 29-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, görüş nazir Mirzoyanın Bled konfransında iştirakı üçün Sloveniyaya səfəri zamanı baş tutub.
Mirzoyan AŞ-nin İnsan Hüquqları üzrə Müvəkkilinin bir gün əvvəl Qarabağdakı "humanitar vəziyyət"lə bağlı verdiyi bəyanatları alqışlayıb.