Cənubi Koreya və ABŞ təlimlər keçirib

11:03 - 30 Avqust 2023 - DÜNYA

Şimali Koreya və ABŞ Hərbi Hava Qüvvələri avqustun 24-də KXDR-in kəşfiyyat peykinin buraxılması üzrə uğursuz cəhdə cavab olaraq Koreya yarımadası üzərində səmada ABŞ-ın ən azı bir B-1B strateji bombardmançı təyyarəsinin iştirakı ilə birgə təlim keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb. 
Qeyd olunur ki, Sarı dənizin hava məkanında bombardmançı təyyarəni Cənubi Koreyanın FA-50 qırıcıları və Amerikanın F-16-ları müşayiət edib.

Xəbər xətti