Rusiya Xəzərdən Ukraynaya raket buraxdı

10:30 - 30 Avqust 2023 - DÜNYA

Ukrayna səmasında kütləvi hücum zamanı düşmənin 44 hədəfi qeydə alınıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib. Zalujnının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiə qüvvələri 28 qanadlı raketin hamısını və 16 "Şahed" kamikadze hücum pilotsuz təyyarəsindən 15-ni məhv edib.

Xəzər dənizindən Tu-95MS strateji təyyarələri tərəfindən 28 ədəd Kh-101/Kh-555/Kh-55 havadan buraxılan qanadlı raket atılıb.

Kursk və Primorsko-Axtarsk vilayətlərindən 16 ədəd “Şahed” kamikadze pilotsuz uçan aparatının buraxılışı həyata keçirilib.

Ukrayna Müdafiə Qüvvələri Kiyev, Çerkassı, Odessa və Nikolayev vilayətləri sərhədlərində 28 qanadlı raketin hamısını və 16 "Şahed"dən 15-ni məhv edib.

Xəbər xətti