Nigeriya Nigerə qarşı sanksiyaları yumşaltmaq niyyətindədir

18:34 - 29 Avqust 2023 - DÜNYA

Nigeriya ölkə sakinlərinə mənfi təsirini zəiflətmək üçün Nigerə qarşı əvvəllər tətbiq etdiyi sanksiyaları yumşaltmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bunu Nigeriya prezidentinin ictimaiyyətlə əlaqələr üzrə baş müşaviri Ajuri Nqelale deyib.

“Nigerin mülki əhalisinə təsirini minimuma endirmək üçün sanksiyaları mümkün qədər yüngülləşdirəcəyik” - Nigeriyanın “The Independent” qəzetinə o, deyib.

Nigerə qarşı iqtisadi və ticarət sanksiyalarının tətbiqi barədə qərar ECOWAS-ın iyulun 30-da keçirilən sammitində qəbul edilib. 

Xəbər xətti