Sudanın qərbində yerləşən Darfur bölgəsinə edilən bombalı hücumlar nəticəsində aralarında qadın və uşaqların da olduğu azı 39 mülki şəxs həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News Arabia peyk telekanalı hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Nyala şəhərinin rayonlarından birində yaşayış binalarına mərmi düşməsi nəticəsində 39 nəfər, o cümlədən uşaqlar və qadınlar həlak olub.