İranın xarici işlər naziri Beyruta səfər edəcək

12:55 - 29 Avqust 2023 - DÜNYA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu həftə Livana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran Xarici İşlər Nazirliyinin rəhbəri iki gün ərzində Livanın paytaxtında danışıqlar aparacaq. Onun səfəri Fransa prezidentinin Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Le Driandan əvvəl Beyruta baş tutacaq.

Telekanal hələlik Abdollahyanın Beyrutda kiminlə görüşməyi planlaşdırdığı barədə məlumat verməyib. ///tass

Xəbər xətti