Somalinin hökumət qüvvələri şiddətli döyüşlərdən sonra ölkənin mərkəzi hissəsindəki beş şəhəri tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Somali guardian xəbər portalı məlumat yayıb.
Ordunun avqustun 28-də Qalmuduq əyalətində yerləşən Vabho, Osvain, Badbud, Qalad və Masagavey şəhərlərini tərk etdiyini bildirib. İki gün davam edən döyüşlərdə hökumət qüvvələri 178 əsgərini itirib. Yaraqlıların itkiləri ilə bağlı məlumat yoxdur.
"Əl-Şəbab" 2004-cü ildə Somalidə yaradılıb.