"Əl-Şəbab" silahlıları Somalinin 5 şəhərini ələ keçirib

12:46 - 29 Avqust 2023 - DÜNYA

Somalinin hökumət qüvvələri şiddətli döyüşlərdən sonra ölkənin mərkəzi hissəsindəki beş şəhəri tərk edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Somali guardian xəbər portalı məlumat yayıb.

Ordunun avqustun 28-də Qalmuduq əyalətində yerləşən Vabho, Osvain, Badbud, Qalad və Masagavey şəhərlərini tərk etdiyini bildirib. İki gün davam edən döyüşlərdə hökumət qüvvələri 178 əsgərini itirib. Yaraqlıların itkiləri ilə bağlı məlumat yoxdur.

"Əl-Şəbab" 2004-cü ildə Somalidə yaradılıb.

Xəbər xətti