Beynəlxalq Futbol Federasiyası (FİFA) İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesi 15 il müddətinə vəzifəsindən kənarlaşdırmaq istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, bu, belə bir vəziyyətdə nəzərdə tutulan maksimum mümkün dayandırma müddətidir. Avqustun 26-da FİFA İntizam Komitəsi Rubialesi müvəqqəti olaraq vəzifəsindən azad edib.
Avqustun 24-də FİFA turnirdəki insidentlə bağlı Rubialesə qarşı intizam işi açıb. Daha sonra ispaniyalı keçmiş futbolçu Ana Romero onu federasiyadan getməyə çağırıb.
Mükafatlandırma mərasimində Rubiales İspaniyanın kapitanı Hermosoya medal taxıb və futbolçunun dodaqlarından öpüb. Bu, medianın və ispan siyasətçilərinin tənqidinə səbəb olub. Qalmaqaldan sonra Rubiales üzr istəyib və bunu pis niyyəti olmadan etdiyini bildirib.