İsrail ordusu İordan çayının qərb sahilində əməliyyat keçirib

11:54 - 29 Avqust 2023 - DÜNYA

İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi əməliyyat zamanı 24 nəfər saxlanılıb

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, İsrail ordusunun qeyd etdiyi kimi, İordan çayının qərb sahilində gecə əməliyyatları zamanı xəsarət alanlar barədə məlumat daxil olmayıb.
İsrail ordusu İordan çayının qərb sahilində bir neçə böyük şəhər və fələstinli qaçqın düşərgələri də daxil olmaqla iyirmi yerdə 24 terror şübhəlisinin saxlanılması üçün gecə əməliyyatı zamanı şiddətli toqquşmalar və atışmaların baş verdiyini bildirib.

Əməliyyat zamanı Nablus şəhəri və Burqa, Beytot, Orif və Beyt-Rima kəndlərində axtarışda olan daha altı nəfər saxlanılıb.

Xəbər xətti