Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Qarşılıqlı fəaliyyət – 2023” birgə təlimlərində iştirak etmək üçün Belarusa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, sentyabrın 1-dən 6-dək Belarus ərazisində beş birgə və xüsusi təlimin keçirilməsi planlaşdırılır.
2023-cü ildə KTMT-nin Kollektiv Qüvvələri ilə birgə təlimlər kompleksi “Döyüş Qardaşlığı - 2023” birgə əməliyyat-strateji təlimi şəklində keçiriləcək.