Cənubi Koreya Ukraynaya 393 milyon dollar ayırır

10:44 - 29 Avqust 2023 - DÜNYA

Koreya Respublikası hökuməti, təqdim edilən büdcə layihəsinə əsasən, 2024-cü ildə Ukraynaya müxtəlif yardım formalarına 520 milyard von (393 milyon dollar) ayırmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

2023-cü ildə Cənubi Koreya büdcəsində Ukraynaya 8 dəfə az vəsait ayrılıb - 62,9 milyard von (47,5 milyon dollar).

Gələn il hökumət humanitar yardım üçün 260 milyard von (196,5 milyon dollar), yenidənqurma layihələri üçün 130 milyard von (təxminən 98,25 milyon dollar) və beynəlxalq təşkilatlar vasitəsilə yardım üçün daha 130 milyard von ayırmağı təklif edir.

Xəbər xətti