Yəməndə “Sərhədsiz Həkimlər” təşkilatının iki əməkdaşı oğurlanıb

19:34 - 28 Avqust 2023 - DÜNYA

Naməlum silahlılar Yəməndə Sərhədsiz Həkimlər beynəlxalq humanitar təşkilatının iki əməkdaşını qaçırıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, təşkilatın əməkdaşları Marib vilayətinin şərqindəki Əl-İrkeyn bölgəsində qaçırılıb. Hadisə bu bölgəni Şəbva əyaləti ilə birləşdirən avtomobil yolunda həyata keçirilib. 

Xəbər xətti